Əsas səhifə » Hindistanda Quran yandırılmasına qarşı kütləvi etirazlar başlayıb

Hindistanda Quran yandırılmasına qarşı kütləvi etirazlar başlayıb

BAKI, AzerVoice

Hindistanın Naqpur şəhərində hindu irqçi qruplaşması Bajrang Dal üzvlərinin Qurani-Kərimə qarşı təhqiramiz hərəkətindən sonra müsəlmanlar küçələrə çıxaraq etiraz ediblər.

AzerVoice xəbər verir ki, Bajrang Dal qruplaşmasının üzvləri Naqpurda Həzrəti Aurangzebin heykəlini və üzərində Kəlimə-i-Tövhid yazılmış lövhəni yandırıblar.

Bu təxribat bölgədə böyük qəzəbə səbəb olub. Hadisəni eşidən minlərlə müsəlman "Ləbbeyk Ya Rəsulullah" şüarları ilə küçələrə axışıb və yürüş keçirib.

Etirazlar zamanı iki icma arasında gərginlik artıb, nəticədə bəzi yerlərdə küçə toqquşmaları baş verib. Toqquşmalarda bir sıra iş yerləri və avtomobillərə ziyan dəyib. Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb və bəzi məhəllələrdə komendant saatı elan edilib.

Müsəlman icmasının nümayəndələri müqəddəs dəyərlərinə qarşı bu hücumun cavabsız qalmayacağını bildiriblər. Etiraz aksiyalarında çıxış edənlər Bajrang Dal üzvlərinin dərhal cəzalandırılmasını və Hindistanda İslam icmasına qarşı artan hücumların qarşısının alınmasını tələb ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice