Əsas səhifə » Aİ Suriyaya 2,5 milyard avro yardım açıqladı

Aİ Suriyaya 2,5 milyard avro yardım açıqladı

BAKI,AzerVoice

Avropa İttifaqı (Aİ) tərəfindən təşkil edilən Suriya mövzusunda 9-cu Brüssel Konfransında Suriyaya 2025-2026-cı illər üçün 2,5 milyard avro yardım vəd edib.

AzerVoice xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen çıxışı zamanı bildirib.

“Suriya yeni bir ölkədir. Bu gün Suriya xalqının arzuları və ümidləri daha artıq təxirə salınmır. Suriya üçün ümid, on illər sonra ilk dəfə gerçəyə çevrilə bilər”,- deyə o bildirib.

Aİ-nin bu prosesə müsbət töhfə verməyə hazır olduğunu vurğulayan Von der Leyen, ittifaqın uğurlu keçid prosesini dəstəkləmək üçün əlindən gələni edəcəyini vurğulayıb. Bu səbəbdən buradayıq.

O, həmçinin Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybaninin ilk dəfə konfransa qatılmasının olduqca vacib olduğunu diqqətə çatdırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice