Əsas səhifə » İran Husilərə görə məsuliyyət daşıyacaq- Tramp

İran Husilərə görə məsuliyyət daşıyacaq- Tramp

BAKI, AzerVoice

"İran Husilərin gələcək hücumlarına görə məsuliyyət daşıyacaq."

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın Husilərin Yəməndəki hücumlarına görə məsuliyyət daşıdığını bildirib və bunun ciddi nəticələri olacağını vurğulayıb.

“Bundan sonra Husilər tərəfindən atılan hər güllə İranın silahlarından və rəhbərliyindən gəlir kimi qəbul ediləcək. İran bu hücumlara görə cavabdeh olacaq və nəticələri dəhşətli olacaq”, - deyə Tramp açıqlamasında qeyd edib.

Buna baxmayaraq, Husilər ABŞ-ın hədələrinə məhəl qoymadan bölgədəki hücumlarını davam etdirib. Husi lideri Əbdülməlik əl-Husi tərəfdarlarını Sənada və digər nəzarət edilən ərazilərdə toplanmağa çağırıb.

Ekspertlər hesab edirlər ki, Trampın bu açıqlaması, ABŞ-ın Yəməndə, o cümlədən Səna və ətrafındakı altı bölgədə keçirdiyi hava hücumlarından sonra Husilərə yeni bir mesajdır. Rəsmi məlumatlara görə, həmin hücumlar nəticəsində azı 53 nəfər həlak olub.

ABŞ rəsmiləri bəyan ediblər ki, Husilər Qırmızı dənizdəki gəmilərə hücumları dayandırmasa, Yəməndə daha çox əməliyyat keçiriləcək və İranın bu hücumlara verdiyi dəstəyə qarşı tədbirlər görüləcək.

Qeyd edək ki, ABŞ-ın bazar günü keçirdiyi hava zərbələri nəticəsində Husilərin yüksək rütbəli liderlərindən bir neçəsi hədəf alınıb. İranın dəstəklədiyi qrup isə hücumlar nəticəsində 53 nəfərin, o cümlədən uşaqların öldüyünü iddia edir.

Digər Kateqoriyalar

2025 © Azervoice