Əsas səhifə » ABŞ-ın hücumları suverenliyin pozulmasıdır - İran

ABŞ-ın hücumları suverenliyin pozulmasıdır - İran

BAKI, AzerVoice

İran ABŞ-ın Yəmənlə bağlı ittihamlarını rədd edərək, istənilən hücum aktının ağır nəticələrə səbəb olacağını bəyan edib.

AzerVoice xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq, ABŞ prezidenti Donald Trampın İranı hədəf alan “təxribatçı” bəyanatlarını qətiyyətlə pisləyib.

İrəvani məktubda vurğulayıb ki, İranın husilərə silah verdiyinə dair iddialar əsassızdır və Yəməndəki hərəkatlar müstəqil qərarlar qəbul edir. Eyni zamanda, ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarının bu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasını Vaşinqtonun təhdidlərinə qarşı tədbir görməyə çağırıb.

İran bəyan edib ki, hər hansı bir aqressiv hərəkət ciddi nəticələr doğuracaq və ABŞ bunun məsuliyyətini tam daşıyacaq.

Qeyd edək ki, Donald Tramp Yəməndə husilərin İsrailə məxsus gəmiləri hədəf almasını İranla əlaqələndirərək, Tehranı ağır nəticələrə hazır olmağa çağırmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice