BAKI,AzerVoice
İsveçrənin Cenevrə şəhərində Kipr məsələsinə dair beştərəfli sammit başlayır.
AzerVoice xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Türkiyə və Yunanıstan liderlərinin iştirakı ilə Kipr problemini müzakirə etmək üçün üçüncü zirvə toplantısını təşkil edir. Görüşdə qarant ölkələr Türkiyə, Yunanıstan və Böyük Britaniya da təmsil olunur.
Rəsmi proqrama daxil olmasa da, Avropa İttifaqı son anda zirvəni masada iştirak etmədən “uzaqdan” izləməyə qərar verib. Tərəflər sammit öncəsi mövqelərini açıq şəkildə ifadə ediblər – Türkiyə və KKTC iki dövlətli həll yolunda israr edərkən, Yunanıstan və Kipr yunan rəhbərliyi federasiya modelini müdafiə edir.
Toplantıda KKTC Prezidenti Ersin Tatar, Yunanıstan lideri Nikos Christodoulides, Türkiyə və Yunanıstan xarici işlər nazirləri Hakan Fidan və Yorgos İerapetridis iştirak edir. Böyük Britaniyanı isə Avropa və Şimali Amerika üzrə dövlət naziri Stefan Doughty təmsil edir.
Sammit dünən axşam Quterreşin nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil etdiyi rəsmi şam yeməyi ilə başlayıb. Ersin Tatar Kipr türk xalqının hüquqlarını və ədalətini qorumaq üçün Cenevrəyə gəldiklərini vurğulayaraq, “İnşallah bu da bir addım və bir prosesdir” deyə bildirib.
Bu gün baş katib əvvəlcə tərəflərlə ayrı-ayrılıqda görüşəcək, daha sonra kollektiv konfrans vasitəsilə yekun danışıqlar aparılacaq. Eyni zamanda, zəmanətçi ölkələr arasında ayrıca müzakirələr də nəzərdə tutulub.
Qeyd edək ki, Antonio Quterreş 2017-ci ildə Krans Montana şəhərində Kipr məsələsi üzrə zirvəyə rəhbərlik etmiş, lakin danışıqlar Yunanıstanın o zamankı lideri Nikos Anastasiadisin masanı tərk etməsi səbəbindən yarımçıq qalmışdı. 2021-ci ildə eyni formatda qeyri-rəsmi sammit keçirən BMT baş katibi, Kipr münaqişəsində irəliləyiş əldə etmək məqsədilə üçüncü görüşü təşkil etmək