Bakı, AzerVoice
ABŞ və İsrail, Trampın Qəzza fələstinliləri zorla köçürmə planı üçün Suriya ilə müzakirələr aparmağa çalışıb.
AzerVoice-un məlumatına görə, ABŞ-ın üçüncü tərəflər vasitəsilə Suriya rəhbərliyi ilə ünsiyyətə keçməyə çalışdığı barədə bir sıra iddialar yayılıb.
Başqa bir mənbə isə Suriya tərəfi ilə əlaqə yaradıldığını iddia etsə də, onların cavab verib-vermədiyinin naməlum olduğunu qeyd edib.
Adı açıqlanmayan yüksək səviyyəli suriya rəsmisi, İsrail və ya ABŞ-ın bu mövzuda onlarla hər hansı bir təmas qurmadığını bildirib.
ABŞ Prezidenti Donald Tramp, fevralın 4-ü Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahunu qəbul edərkən keçirdiyi birgə mətbuat konfransında, ABŞ-ın Qəzza zolağını "nəzarətə götürəcəyini" və oranı "Yaxın şərqin Rivierasına" çevirəcəyini bəyan etmişdi.
O, Qəzzanın tamamilə dağıldığını, oradakı fələstinlilərin Misir və İordaniya da daxil olmaqla qonşu ölkələrdə tikiləcək yeni yaşayış məntəqələrinə köçməsinin daha məqbul olduğunu qeyd etmişdi.
Tramp eyni zamanda fələstinlilərin Qəzzədən ayrılmaqdan başqa seçimlərinin olmadığını da iddia etmişdi.