Əsas səhifə » Avropa ölkələri Ukrayna üçün yardım bölgüsünə etiraz edir

Avropa ölkələri Ukrayna üçün yardım bölgüsünə etiraz edir

Bakı, AzerVoice

Avropa dövlətləri Ukrayna üçün hazırlanan yardım planı üçün ÜDM ölçüsünə əsaslanan bölgüyə qarşı çıxıb.

AzerVoice xəbər verir ki, bir sıra Avropa dövlətləri, Aİ-nin Ukraynaya 40 milyard avroluq yardım planına töhfələrin ölkələrin iqtisadi çəkisinə uyğun olaraq bölüşdürülməsinə qarşı çıxıblar.

Fransanın Avropa və Xarici İşlər üzrə naziri Jan-Noel Barro bugün Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin görüşü zamanı bu bölgüyə qarşı açıq şəkildə etiraz edib.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas, Ukraynaya 40 milyard avroluq yardım planını müzakirəyə çıxarıb. Bu plana görə, hər bir üzv ölkə öz imkanlarına uyğun vəsait ayıracaq.

Bundan əvvəl, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani, Aİ-nin Ukraynaya hərbi yardım planının Romada müəyyən suallar doğurduğunu bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice