Əsas səhifə » ABŞ-da dəhşətli fırtına - ölü və yaralılar var

ABŞ-da dəhşətli fırtına - ölü və yaralılar var

Bakı, AzerVoice

ABŞ-da Orta Qərb və Cənub ştatlarında şissətli fırtına və tornadolar baş verib.

AzerVoice xəbər verir ki, fırtına və tornadolar nəticəsində ən azı 16 nəfər ölüb.

Belə ki, Missuri ştatında 10 nəfər, Arkanzasda 3 nəfər, Texasda isə daha 3 nəfər təbii fəlakətin qurbanı olub.

Bundan əlavə, Arkanzas ştatında 29 nəfər yaralanıb, Missuri ştatının 316 min sakini isə işıqsız qalıb.

Digər Kateqoriyalar

2025 © Azervoice