Bakı, AzerVoice
Avropa Komissiyası (AK) ABŞ-dan asılılığı azaltmaq üçün öz peyk sistemini yaratmağı planlaşdırır.
AzerVoice xəbər verir ki, bu haqda Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyusun verdiyi açıqlamada deyilir.
"Geosiyasi dəyişiklikləri nəzərə alaraq, Avropa Komissiyası peyk sistemlərini genişləndirmək imkanlarını nəzərdən keçirir", – deyə Kubilyus Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.
Bu təşəbbüsün əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırması olub.
Kubilyusun sözlərinə görə, Avropa Komissiyasının bu peyk sistemini yaratmaqda məqsədi kəşfiyyat məlumatlarının yüksək dəqiqliklə təmin edilməsidir.
Bu addım, Aİ-nin ABŞ və digər xarici aktorlardan daha müstəqil hərbi və təhlükəsizlik strategiyası qurmaq istəyi ilə əlaqələndirilir.