Əsas səhifə » Starmer dünya liderlərini Putinə təzyiqi artırmağa çağırıb

Starmer dünya liderlərini Putinə təzyiqi artırmağa çağırıb

BAKI,AzerVoice

İngiltərə Baş naziri Keir Starmer, dünya liderlərinə müraciət edərək, Ukraynada atəşkəsə nail olmaq üçün Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etməyə çağırdı.

AzerVoice xəbər verir ki, Starmer bu fikirləri İngiltərənin ev sahibliyi etdiyi və dünya liderlərinin Ukraynadakı vəziyyəti müzakirə etdiyi onlayn toplantının açılışında səsləndirib.

Baş nazir Ukrayna və ABŞ-ın Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərə istinad edərək, Ukrayna Prezidenti Volodimir Zelenskinin 30 günlük şərtsiz atəşkəs təklif etməklə sülhə hazır olduğunu göstərdiyini bildirib.

Bunun əksinə olaraq, Putinin vaxt qazanmağa çalışdığını deyən Starmer, əgər Rusiya lideri sülhə ciddi yanaşırsa, Ukraynaya qarşı barbar hücumlarını dərhal dayandırmalı və atəşkəsi qəbul etməlidir.

"Sadəcə geri çəkilib bunun baş verməsini gözləyə bilmərik. İrəliləməyə davam etməli, təhlükəsiz və qalıcı sülhün bünövrəsini qoymalıyıq. Bu, Ukraynanın müdafiəsini gücləndirmək, hər hansı bir sazişi qorumağa hazır olmaq və Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün beynəlxalq könüllü koalisiya yaratmaq deməkdir",- deyı o bildirib.

Bundan əlavə, o qeyd edib ki, Ukraynada sülhün təmin olunması üçün bu ölkəyə maliyyə və digər dəstəklər göstərilməlidir.

İngiltərə Baş naziri vurğulayıb ki, Putin gec-tez danışıqlar masasına gəlmək məcburiyyətində qalacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice