Əsas səhifə » Rusiya-Ukrayna müharibəsini 24 saata bitirə bilərəm - Tramp

Rusiya-Ukrayna müharibəsini 24 saata bitirə bilərəm - Tramp

Bakı, AzerVoice

ABŞ Prezidenti Donald Trump, prezident seçilməzdən əvvəl Rusya-Ukrayna Müharibəsini 24 saat ərzində bitirə biləcəyini söylədiyi vədini şərh edərək, "Bunu dediyim zaman bir az istehza etdim. Demək istədiyim, bunu bitirmək istədiyimdi və inanıram ki, uğurlu olacağam" deyə bildirib.

AzerVoice xəbər verir ki, Trump-ın sabah yayımlanacaq "Full Measure" televiziya proqramına verdiyi müsahibənin fragmanı paylaşılıb.

Fragmanda, Rusya-Ukrayna Müharibəsini 24 saat ərzində bitirə biləcəyinə dair verdiyi vəd soruşulan Trump, "Bunu dediyim zaman bir az istehza etdim. Demək istədiyim, bunu bitirmək istədiyimdi və inanıram ki, uğurlu olacağam" ifadələrini istifadə edib.

Rusiyanın atəşkəsə razı olmama ehtimalına dair isə Trump, bunun "pis bir xəbər" olduğunu bildirib.

Trump, "Amma inanıram ki, Putin bunu qəbul edəcək. Məncə onu yaxşı tanıyıram və qəbul edəcək" deyə fikirlərini bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı diplomatik danışıqlar davam edir və tərəflər hələ yekun razılığa gəlməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice