Əsas səhifə » G7 nüvə proqramı ilə bağlı İranı dialoqa çağırır

G7 nüvə proqramı ilə bağlı İranı dialoqa çağırır

BAKI, AzerVoice

G7 ölkələri İranı nüvə proqramı ilə bağlı diplomatiyaya qayıtmağa və bölgədə gərginliyi azaltmağa çağırıb.

AzerVoice xəbər verir ki, Kanadada görüşən G7 xarici işlər nazirləri İranın Yaxın Şərqdə qeyri-sabitliyin əsas mənbələrindən biri olduğunu bəyan ediblər. Onlar Tehranı əcnəbilərin həbsi və öldürülməsini repressiya aləti kimi istifadə etməməyə çağırıblar.

Bəyanatda İranın taktikanı dəyişməli, gərginliyi azaltmalı və diplomatiyaya üstünlük verməli olduğu vurğulanıb.

Buna cavab olaraq, İran Vaşinqtonu sanksiya və təzyiq siyasətinə “asılı” olmaqda ittiham edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi, Tehranın ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, son sanksiyalar İranın yeni prezidenti Məsud Pezeşkian hökumətinin üzvlərini, o cümlədən neft nazirini də hədəf alıb. İran bu addımı ABŞ-ın “müstəqil ölkələrə təzyiq siyasətinin davamı” kimi dəyərləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice