Əsas səhifə » ABŞ və müttəfiqləri Rusiyaya təzyiq göstərməlidir - Zelenski

ABŞ və müttəfiqləri Rusiyaya təzyiq göstərməlidir - Zelenski

Bakı, AzerVoice

ABŞ və müttəfiqləri Rusiyaya təzyiq göstərməlidir.

AzerVoice xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Bu müharibəni bitirmək üçün bir şansımız var. Oyun oynamaq istəmirik. ABŞ və müttəfiqləri Rusiyaya təzyiq göstərməlidir",- deyə Zelenski bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı apardığı danışıqların çox məhsuldar keçdiyini bildirib və Ukrayna müharibəsinin sona çatma ehtimalının çox yüksək olduğunu vurğulayıb.

"Bu dəhşətli və qanlı müharibənin sona çatma ehtimalı çox yüksəkdir",- deyə Tramp qeyd edib.

Tramp, hazırda minlərlə Ukrayna əsgərinin Rusiya ordusu tərəfindən tamamilə mühasirəyə alındığını, vəziyyətlərinin olduqca ağır olduğunu bildirib.

"Putindən Ukrayna əsgərlərinin həyatını bağışlamasını istədim. Əks halda, II Dünya Müharibəsindən daha qorxunc bir qətliam baş verə bilər. Tanrı hamısını qorusun.",- deyə o vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice