BAKI,AzerVoice
Ukraynanın NATO üzvlüyü artıq müzakirə olunmur.
AzerVoice xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Ukraynanın hərbi bloka daxil olması ilə bağlı müzakirələri dayandırdığı vurğulayıb.
Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz, ABŞ-ın Krımı və yeni Rusiya ərazilərini Moskvanın nəzarətində qalmasını nəzərdə tutan sülh razılaşmasını qəbul edə biləcəyini bəyan etmişdi.
O vurğulayıb ki, münaqişənin həlli üçün hələlik yekun razılaşma yoxdur və bütün tərəflər fərqli variantları nəzərdən keçirir. Bununla belə, danışıqlarda Ukraynanın NATO-ya üzv olması ehtimalının istisna edildiyini bildirib.
13 martda Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva və Vaşinqton Ukraynanın NATO-ya üzvlüyünə qarşıdır.