Əsas səhifə » Tramp Qrenlandiya ilə bağlı NATO-dan dəstək istəyir

Tramp Qrenlandiya ilə bağlı NATO-dan dəstək istəyir

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-a mümkün ilhaqı üçün NATO-nun dəstəyini almağa çalışıb.

AzerVoice xəbər verir ki, Ağ Evdə keçirilən toplantıda Tramp NATO-nun baş katibi Mark Ruttedən bu məsələdə mövqeyini bildirməsini istəyib.

Tramp Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayaraq, onun Danimarkadan uzaq olduğunu və ABŞ-ın ada ilə bağlı maraqlarının davam etdiyini qeyd edib. Müxbirin ilhaq ehtimalı ilə bağlı sualına Tramp, “Düşünürəm ki, bu baş verəcək” cavabını verib.

Mark Rutte isə bu müzakirələrdən uzaq qalmaq istədiyini bildirib. O, Qrenlandiyanın beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətini etiraf etsə də, NATO-nun bu məsələyə qarışmaması lazım olduğunu qeyd edib.

Tramp adaya marağını onun zəngin təbii sərvətləri və strateji yerləşməsi ilə əsaslandırıb. Digər tərəfdən, Danimarka dünyanın ən böyük adası olan Qrenlandiya üzərində nəzarəti saxlamaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Qrenlandiya rəsmi olaraq Danimarka Krallığının bir hissəsi olsa da, daxili siyasi işlərinin çoxunu müstəqil şəkildə həyata keçirir. Lakin onun xarici siyasət və müdafiəsi Kopenhagen hökumətinin nəzarətində qalır.

Digər Kateqoriyalar

2025 © Azervoice