Əsas səhifə » ABŞ və İsrail fələstinliləri yerləşdirmək üçün danışıqlar aparır

ABŞ və İsrail fələstinliləri yerləşdirmək üçün danışıqlar aparır

BAKI, AzerVoice

ABŞ və İsrail Qəzza zolağından didərgin düşmüş fələstinlilərin yerləşdirilməsi məqsədilə Şərqi Afrikanın üç ölkəsinin hökumət rəsmiləri ilə təmaslar qurub.

AzerVoice xəbər verir ki, bu danışıqlar İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları və bölgədəki humanitar vəziyyət fonunda aparılır. Məlumata görə, Vaşinqton və Təl-Əviv fələstinli qaçqınların üçüncü ölkələrə yerləşdirilməsi variantlarını müzakirə edir.

Qeyd edək ki, İsrailin hərbi əməliyyatları nəticəsində minlərlə fələstinli evlərini tərk etməyə məcbur olub. Bu çərçivədə bəzi Şərqi Afrika ölkələrinin qaçqınları qəbul etməyə razılaşıb-razılaşmayacağı hələ dəqiq bilinmir.

Digər Kateqoriyalar

2025 © Azervoice