BAKI, AzerVoice
Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasındakı mövcud əməkdaşlıq sahələrini, onların inkişaf perspektivlərini və Ukrayna böhranının həlli istiqamətində atılan addımları müzakirə ediblər.
Danışıqlar çərçivəsində Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının Ukrayna böhranının siyasi həllinə yönələn bütün xeyirxah təşəbbüsləri dəstəkləməyə sadiq olduğunu bəyan edib.
O, həmçinin dialoqun asanlaşdırılmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin münaqişənin həllinə töhfə verəcəyinə inandığını bildirib.
Xatırladaq ki, Kreml daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığının keçirildiyini rəsmi şəkildə təsdiqləmişdi.