BAKI, AzerVoice
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin ABŞ-ın təklif etdiyi müvəqqəti atəşkəs rejimi ilə bağlı bəyanatlarını “manipulyasiya” adlandırıb və Moskvanı atəşkəsi ləngitməkdə ittiham edib.
AzerVoice xəbər verir ki, xəbər verir
ki, Zelenski Rusiyanın atəşkəs üçün irəli sürdüyü şərtlərin onu ya
gecikdirmək, ya da tamamilə mümkünsüz etmək məqsədi daşıdığını
bildirib.
O, Putinin açıq şəkildə atəşkəsi rədd etməyə hazırlaşdığını
vurğulayaraq, Moskvanın bu prosesi uzatmağa çalışdığını deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Vaşinqtonun Ukraynadakı atəşkəs təklifini “dəstəklədiyini” bildirsə də, bununla bağlı “həssas fikir ayrılıqları” və “ciddi sualların” hələ də mövcud olduğunu açıqlayıb.
ABŞ prezidenti Donald Tramp isə Moskvanın “doğru addım atacağına” ümid etdiyini bildirib.