BAKI, AzerVoice
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynada atəşkəs təklifini alqışlayıb, lakin onun qəbulu üçün bir sıra şərtlər irəli sürüb.
AzerVoice xəbər verir ki, Putin
Kremldə keçirdiyi mətbuat konfransında atəşkəsin uğurlu olması üçün
həll olunmamış fikir ayrılıqlarının və ciddi sualların mövcud
olduğunu bildirib.
O, bu vəziyyətin bir daha təkrarlanmamasının necə təmin ediləcəyini
və monitorinq prosesinin necə təşkil olunacağını vurğulayıb.
Putinin şərtləri üç əsas bəndi əhatə edir: birincisi, ABŞ-dan Ukraynanın atəşkəs zamanı davranışına zəmanət alınması, ikincisi, atəşkəsin yekun həlli üçün rəsmi danışıqlara başlanması, üçüncüsü isə Ukrayna qüvvələrinin Kursk vilayətində Rusiyaya təslim olması.
ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Rusiyanın "doğru olanı edəcəyinə" ümid etdiyini və onun ABŞ-ın müttəfiqlərinə hücum etməyəcəyinə inandığını bildirib.
Qeyd edək ki, hadisələr ABŞ nümayəndəsi Stiv Vitkoffun Moskvada Ukraynada sülh danışıqlarına başlaması ilə eyni vaxta təsadüf edir.