Əsas səhifə » Rusiya Ukraynada atəşkəslə bağlı təklifləri qəbul edir

Rusiya Ukraynada atəşkəslə bağlı təklifləri qəbul edir

Bakı, AzerVoice

Rusiya, ABŞ və Ukrayna tərəfindən irəli sürülən atəşkəs təklifini qəbul edir.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin verdiyi açıqlamada deyilir.

Açıqlamada, Putin Ukrayna ilə atəşkəsin uzunmüddətli sülhə yol açmasının zəruriliyini qeyd edib.

"Ukraynada atəşkəslə bağlı təklifləri qəbul edirik, lakin bu, uzunmüddətli sülhü təmin etməli və müharibənin başlanmasına səbəb olan problemlərə həll yolu tapmalıdır" – deyə Putin vurğulayıb.

Putin, həmçinin, Ukrayna-Rusiya böhranına həll yolu tapmaq istiqamətində göstərdiyi səylərə görə ABŞ Prezidenti Donald Trampa öz təşəkkürlərini bildirib.

Bununla yanaşı, Vladimir Putin, Ukraynada atəşkəs ideyasını müzakirə etmək üçün ABŞ lideri Donald Trampla telefonla danışa biləcəyini bildirib.

"Biz bu ideyanı, şübhəsiz ki, dəstəkləyirik. Lakin müzakirə etməli olduğumuz məsələlər var. Düşünürəm ki, amerikalı həmkarlarımız və tərəfdaşlarımızla da bu barədə danışmalıyıq. Ola bilsin ki, Prezident Trampla telefonla görüşək" – deyə Putin qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice