Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp nəqliyyat nazirinin müavini vəzifəsinə
sürücüsüz nəqliyyat texnologiyaları üzrə mütəxəssis Seval Özü
namizəd olaraq irəli sürüb.
AzerVoice xəbər verir ki, ABŞ Konqresinin rəsmi saytında yayımlanan məlumatda, Seval Özün Nəqliyyat Nazirliyində nazir müavini postunda çalışacağı və onun namizədliyinin Ticarət, Elm və Nəqliyyat Komissiyasına təqdim edildiyi bildirilib.
Seval Öz 2011-2014-cü illərdə Google-un sürücüsüz avtomobil texnologiyası proqramının rəhbəri olub. O, 2016-cı ildə ABŞ-da nəşr olunan “TurkOfAmerica” jurnalının müəyyən etdiyi 30 nüfuzlu türk qadınından biri kimi mükafatlandırılıb.
Qeyd edək ki, Seval Öz tanınmış ürək cərrahı və televiziya aparıcısı Dr. Mehmet Özün bacısıdır və texnologiya sahəsindəki fəaliyyəti ilə beynəlxalq səviyyədə tanınır.