Əsas səhifə » Tayvanda 5,7 bal gücündə zəlzələ baş verib

Tayvanda 5,7 bal gücündə zəlzələ baş verib

Bakı, AzerVoice

Tayvanın şərq sahilində yerləşən Taitung əyalətinin sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

AzerVoice xəbər verir ki, Mərkəzi Meteorologiya Bürosunun (CWA) məlumatına görə, zəlzələnin episentri Taitung şəhər mərkəzindən 53 kilometr şimal-şərqdə, dənizin 12 kilometr dərinliyində olub.

Yeraltı təkanlar Taytung və Hualien əyalətlərinin şimalındakı yaşayış məntəqələrində hiss edilib.

Hazırda zəlzələ nəticəsində tələfat və maddi ziyan barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Tayvan seysmik cəhətdən aktiv bölgədə yerləşir və ada tez-tez güclü zəlzələlərlə üzləşir.

Digər Kateqoriyalar

2025 © Azervoice