Əsas səhifə » Xamenei Trampa hədəqorxu gəlib

Xamenei Trampa hədəqorxu gəlib

Bakı, AzerVoice

Amerikalılar və onların tərəfdarları səhv edərsə, ən çox ziyan görən elə özləri olacaq. Əlbəttə, müharibə yaxşı bir şey deyil və biz müharibə istəmirik.

AzerVoice xəbər verir ki, bu sözləri İran lideri Ayətullah Əli Xamenei deyib.

Xamenei, hazırkı ABŞ administrasiyası ilə aparılacaq müzakirələrin nəticəsiz qalacağını və sanksiyaların ləğvinə gətirib çıxarmayacağını bildirib.

O, İranın qarşılıq vermək gücünə sahib olduğunu və hər hansı hücuma mütləq cavab verəcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın Tehranla müzakirə çağırışına toxunan İran lideri bildirib ki, bu çağırış sadəcə olaraq ABŞ-ın "biz müzakirəyə hazırıq və sülh istəyirik, ancaq İran buna razılaşmır" deməsi üçün bir vasitədir.

Xamenei, Trampın prezidentliyinin ilk dövründə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş nüvə sazişindən birtərəfli qaydada çıxdığını xatırladaraq deyib:

“Bəs İran niyə müzakirəyə yanaşmır? Özünüzə sual verin! Bir neçə il boyunca müzakirələr apardıq, amma eyni şəxs hazır, tamamlanmış və imzalanmış razılaşmanı cırıb atdı. Onsuz da nəticə verməyəcəyini bildiyimiz bir məsələni yenidən niyə müzakirə edək? Mövcud ABŞ rəhbərliyi ilə aparılacaq danışıqlar sanksiyaların ləğvinə səbəb olmayacaq, əksinə, sanksiya düyününü daha da sıxlaşdıracaq.”

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, İranla nüvə silah proqramı üzrə razılaşma müzakirə etmək istədiyini və bununla bağlı İranın ali lideri Əli Xameneiyə məktub göndərdiyini açıqlaməşdı.

Lakin, İran Xarici işlər nazirliyinin sözçüsü İsmail Bəqai İrana heç bir məktubun göndərilmədiyini bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice