Əsas səhifə » Kanada ABŞ-a cavab olaraq yeni gömrük rüsumu tətbiq edib

Kanada ABŞ-a cavab olaraq yeni gömrük rüsumu tətbiq edib

Bakı, AzerVoice

Kanada, ABŞ Prezidenti Donald Trampın polad və alüminiuma tətbiq etdiyi gömrük rüsumlarına cavab olaraq, 20,7 milyard dollar dəyərində rüsum tədbiq edib.

AzerVoice xəbər verir ki, bu haqda Kanadanın Maliyyə naziri Dominik Le Blankın verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, bu qərar sabahdan etibarən qüvvəyə minəcək.

Kanadanın misli ilə tətbiq edəcəyi bu rüsum, 12,6 milyard Kanada dolları dəyərində polad məhsulları, 3 milyard dollar dəyərində alüminium məhsulları və 14,2 milyard dollar dəyərində digər ABŞ mallarını əhatə edir. Beləliklə, ümumilikdə 29,8 milyard Kanada dolları (təxminən 20,7 milyard ABŞ dolları) dəyərində ABŞ məhsullarına rüsum tətbiq ediləcək.

Qeyd edək ki, Trampın Kanada məhsullarına tətbiq etdiyi yeni rüsum qərarı bugün qüvvəyə minib.

Digər Kateqoriyalar

2025 © Azervoice