Əsas səhifə » Pakistanda girov götürülən qatarın 155 sərnişini azad edildi

Pakistanda girov götürülən qatarın 155 sərnişini azad edildi

BAKI, AzerVoice

Pakistanda separatçılar tərəfindən ələ keçirilmiş qatarın 155 sərnişini azad edilib, onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.

AzerVoice xəbər verir ki, xüsusi əməliyyat zamanı 30-a yaxın ekstremist zərərsizləşdirilib.

Təhlükəsizlik qüvvələri hələ də qalan girovları azad etmək üçün tədbirlər görür.

Məlumata görə, hücum zamanı qatarda ümumilikdə 450 sərnişin olub. Terrorçuların dəqiq sayı isə hələlik müəyyən edilməyib.

Silahlılar qatarı Əfqanıstan və İran sərhədlərinə yaxın ucqar bir əraziyə aparıblar. Girovların azad olunması əməliyyatı başladıqdan sonra silahlılar kiçik qruplara bölünüb.

Təhlükəsizlik xidmətlərinin məlumatına görə, ekstremistlər peyk rabitəsi sisteminə qoşulmuş telefonlardan istifadə edərək, Əfqanıstanda yerləşən hücum təşkilatçıları ilə əlaqə saxlayıblar.

Girovların canlı qalxan kimi istifadə olunması əməliyyatın həyata keçirilməsini çətinləşdirir.

Xatırladaq ki, "Belucistan Azadlıq Ordusu" adlı ekstremist qrupun silahlıları Balucistan vilayətinin paytaxtı Kvetta şəhərindən Xayber-Paxtunxva əyalətinin inzibati mərkəzi Pişəvara gedən qatarı ələ keçirərək, 450 nəfəri girov götürüb.

Digər Kateqoriyalar

2025 © Azervoice