Əsas səhifə » Avropa Ukrayna ilə bağlı gərginliyi artırmaq istəyir - Lavrov

Avropa Ukrayna ilə bağlı gərginliyi artırmaq istəyir - Lavrov

BAKI,AzerVoice

Böyük Britaniya və Avropa ölkələri ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı daha aqressiv addımlar atmağa sövq etmək üçün müəyyən addımlar atır.

AzerVoice xəbər verir ki, Zelenskinin London səfəri və Trampın Ağ Evdə yaşadığı son qalmaqalların bu prosesə təsir etdiyi bildirilir.

O, Böyük Britaniya və Fransanın Ukrayna ərazisinə sülhməramlı qüvvələr yerləşdirmək ideyasına toxunaraq NATO qüvvələrinin hər hansı bir statusda və istənilən bayraq altında Ukraynada yerləşdirilməsinin Rusiya üçün təhlükə sayılacağını vurğulayıb. Lavrov Moskvanın bu ssenariyə heç bir halda razı olmayacağını bildirib.

Lavrovun fikrincə, ABŞ və Rusiya arasında münasibətlərin normallaşması mümkündür. O qeyd edib ki, hazırda ABŞ-da baş verənlər Vaşinqtonun normallığa qayıtması kimi qəbul edilə bilər.

"Rusiya xristian ölkəsidir və bizim dəyərlərimiz ABŞ-ın yeni rəhbərliyinin dəyərləri ilə müəyyən dərəcədə üst-üstə düşür", – deyə Lavrov əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice