Əsas səhifə » Tramp Maska dəstək məqsədilə Tesla alıb

Tramp Maska dəstək məqsədilə Tesla alıb

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp Tesla şirkətinin baş direktoru İlon Maska dəstək vermək məqsədilə Tesla avtomobili alıb.

AzerVoice xəbər verir ki, Tramp Maskın bütün enerjisini və həyatını bu işə həsr etdiyini vurğulayaraq, ona qarşı haqsızlıq edildiyini bildirib.

Ağ Evin bağçasında Tramp və Mask Tesla avtomobilləri ilə kameralar qarşısına çıxıblar. Tramp avtomobil sürmədiyini qeyd etsə də, Maskı dəstəkləmək üçün Tesla alacağını bildirib.

ABŞ prezidenti eyni zamanda Tesla dilerlərinə qarşı zorakılıq hallarının "daxili terror aktı" kimi qiymətləndiriləcəyini və bu cür cinayətlərə qarşı ciddi tədbirlər görüləcəyini bəyan edib.

Tramp Ağ Evdə park edilmiş avtomobillər arasından qırmızı Tesla Model S-i seçərək, içərisinə girib və kameralar qarşısında görüntülənib. O, zarafatla bildirib ki, uzun müddətdir avtomobil idarə etmədiyinə görə ona Tesla-nı sürməyə icazə verilmir.

Qeyd edək ki, Tramp və Mask arasındakı münasibət zaman-zaman qalmaqallarla müşayiət olunsa da, Tesla-nın ABŞ iqtisadiyyatı və texnologiyasına verdiyi töhfələr hər zaman diqqət mərkəzində olub.

Digər Kateqoriyalar

2025 © Azervoice