BAKI,AzerVoice
İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ-ın
təhdidləri altında danışıqlar aparmayacaq.
AzerVoice xəbər verir ki, o, amerikalı
həmkarı Donald Trampa müraciətlə “Nə istəyirsən et” deyib.
“Bizim üçün (ABŞ-ın) əmrlər verməsi və təhdidlər səsləndirməsi
qəbuledilməzdir. Mən səninlə (Tramp) danışıqlar aparmayacağam. Nə
istəyirsən et”, – deyə o bildirib.
İranın ali dini lideri Əli Xamenei şənbə günü bəyan edib ki, Tehran
ABŞ-ın “quldurluq” təzyiqləri altında danışıqlar aparmayacaq. Bu,
Trampın İranı yeni nüvə sazişi ilə bağlı danışıqlara cəlb etmək
üçün məktub göndərdiyini açıqlamasından bir gün sonra baş
verib.
Tramp daha əvvəl Tehranla razılığa gəlməyə hazır olduğunu bildirsə
də, o, birinci prezidentlik dövründə tətbiq etdiyi “maksimum
təzyiq” siyasətini yenidən gündəmə gətirərək, İranı qlobal
iqtisadiyyatdan təcrid etməyə və neft ixracını sıfıra endirməyə
çalışıb.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Tramp "Fox Business"
telekanalına verdiyi müsahibədə “İranla iki yolla davranmaq olar:
ya hərbi yolla, ya da onu nüvə silahına sahib olmaqdan çəkindirən
bir saziş bağlamaqla.”- deyə demişdi.
İran isə həmişə nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirib. Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyi xəbərdarlıq edib ki, Tehran uranı “əhəmiyyətli dərəcədə” sürətlə 60 faizlik zənginləşdirmə səviyyəsinə çatdırır ki, bu da nüvə silahı istehsalı üçün lazım olan 90 faizlik həddə çox yaxındır.
İran 2019-cu ildən etibarən nüvə fəaliyyətini sürətləndirib. Bu, Trampın prezidentliyi dövründə İranın 2015-ci ildə altı dünya dövləti ilə imzaladığı nüvə sazişindən çıxmasından və ölkə iqtisadiyyatını çökdürən sanksiyaları yenidən tətbiq etməsindən bir il sonraya təsadüf edir.