Əsas səhifə » ABŞ Ukraynaya kəşfiyyat dəstəyi və hərbi yardımı bərpa etdi

ABŞ Ukraynaya kəşfiyyat dəstəyi və hərbi yardımı bərpa etdi

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Tramp, Ciddədə keçirilən ABŞ-Ukrayna danışıqlarının yekunlarına əsasən, Kiyevə hərbi yardım və kəşfiyyat dəstəyinin bərpa edilməsi qərarını verib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Uolts-un mətbuat konfransında verdiyi açıqlamada deyilir.

"ABŞ prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik sahəsində yardımı dayandırmaq qərarını ləğv etdi. Bu qərar dərhal qüvvəyə minir," – deyə Uolts bildirib.

Qeyd edək ki, daha öncə ABŞ Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmışdı.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Retkliff bu qərarın müvəqqəti olduğunu və ABŞ-ın yenidən Ukrayna ilə çiyin-çiyinə çalışacağını bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice