34
Bakı, AzerVoice
Ukrayna və ABŞ Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda, qiymətli metallar sazişini tezliklə bağlamaq barədə razılığa gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə Ciddədə keçirilən danışıqların yekunlarına dair Ukrayna və ABŞ-ın birgə bəyanatında qeyd olunub.
"Ukraynanın iqtisadiyyatını gücləndirmək, uzunmüddətli rifahını və təhlükəsizliyini təmin etmək məqsədilə, Ukraynanın strateji əhəmiyyətli mineral ehtiyatlarının işlənməsi üzrə hərtərəfli razılaşmanın mümkün qədər tez bağlanması barədə razılığa gəlinib",- deyə bəyanatda qeyd olunub.