Əsas səhifə » ABŞ-da sərnişin təyyarəsi qəzaya uğrayıb

ABŞ-da sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı, AzerVoice

ABŞ-ın Pensilvaniya ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.

AzerVoice-un məlumatına görə, qəza Pensilvaniya ştatının Manheym qəsəbəsində olub.

İlkin məlumata görə, qəza nəticəsində təyyarədə olan beş nəfər yaralanıb və 10-dan çox avtomobilə ziyan dəyib.

Təyyarə qəsəbədəki qocalar evinin avtodayanacağına düşüb.

Little əlavə edib ki, yaralıların üçü müalicə alır, yüngül xəsarət alan iki nəfər isə evə buraxılıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) yanvar ayından bəri bir neçə təyyarə qəzasının baş verdiyini qeyd edərək bu hadisə ilə bağlı araşdırmaların başlatdığını açıqlayıb.

Qeyd edək ki, Pensilvaniya ştatının Filadelfiya şəhərində 31 yanvar tarixində bir təyyarə qəzaya uğramışdı. Hadisə nəticəsində 6 sərnişin və bir nəfər yerli sakin həyatını itirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice