32
Bakı, AzerVoice
ABŞ Prezidenti Donald Tramp, Kanadadan ABŞ-a idxal edilən bütün polad və alüminium məhsullarına tətbiq olunan vergiləri artırıb.
AzerVoice xəbər verir ki, bu barədə Trampın verdiyi açıqlamada deyilir.
Açıqlamada bildirib ki, Tramp, Kanadadan ABŞ-a idxal edilən bütün polad və alüminium məhsullarına 25%-dən 50%-ə qədər əlavə vergi tətbiq edilməsi barədə göstəriş verib.
"Bu qərar sabah səhər qüvvəyə minəcək. Qısa müddət ərzində elektrik enerjisi ilə bağlı milli fövqəladə vəziyyət elan ediləcək. Digər gömrük vergiləri azaldılmasa, 2 aprel tarixində ABŞ-a idxal edilən avtomobillərə tətbiq olunan tariflər əhəmiyyətli dərəcədə artırılacaq",- deyə açıqlamada qeyd edilib.