Əsas səhifə » Kiyev PUA hücumu ilə sülhü poza bilər - Peskov

Kiyev PUA hücumu ilə sülhü poza bilər - Peskov

BAKI,AzerVoice

Kiyev rejimi Moskvaya təşkil etdiyi dron hücumu ilə sülh istiqamətində yaranmağa başlayan tendensiyanı pozmağa çalışa bilər.

AzerVoice xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O bildirib ki, hazırda konkret sülh danışıqları aparılmır və hətta Səudiyyə Ərəbistanında keçirilən görüşdə ABŞ rəsmiləri öz açıqlamalarına görə “Ukraynanın sülh danışıqlarına nə qədər hazır olduğunu müəyyən etməyə çalışırlar”.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 11-nə keçən gecə Rusiya ərazisində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatı (PUA) vurulub, onlardan 91-i Moskva vilayətinin üzərində zərərsizləşdirilib. Bu, 2025-ci ildə qeydə alınan ən böyük hücumdur.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı terror aktı maddəsi üzrə cinayət işi açıb. Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Moskva vilayətinə edilən hücum nəticəsində 3-ü uşaq olmaqla 18 nəfər yaralanıb, iki nəfər isə həyatını itirib. Hazırda regionun xəstəxanalarında 6 yaralı var, onlardan birinin vəziyyəti olduqca ağırdır. Hücum nəticəsində yaşayış binaları və digər tikililərə də zərər dəyib.

PUA hücumu Moskvaya səfərin baş tutduğu günə təsadüf edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, dron hücumu Qərbə Kiyev rejiminin ağılsızlığı barədə bir mesajdır və bu, Rusiyanın döyüş meydanında öz məqsədlərinə çatmağa başladığını göstərir.

Digər Kateqoriyalar

2025 © Azervoice