Əsas səhifə » Moskvaya uçan təyyarələr PUA hücumları səbəbindən Sankt-Peterburqda enib

Moskvaya uçan təyyarələr PUA hücumları səbəbindən Sankt-Peterburqda enib

BAKI,AzerVoice

Rusiya paytaxtına uçan təyyarələr dron hücumları səbəbindən Sankt-Peterburqda məcburi eniş etməli olub.

AzerVoice xəbər verir ki, bu barədə Sankt-Peterburq hava limanından məlumat verilib.

Məlumata görə, Pulkovo hava limanı Moskvaya istiqamətlənmiş 13 təyyarəni ehtiyat aerodrom kimi qəbul edib. Hava limanı rəhbərliyinin açıqlamasında qeyd edilir ki, təyyarələrin qəbul edilməsi üçün bütün zəruri şərait yaradılıb və hazırda sərnişinlər təhlükəsiz vəziyyətdədirlər.

Qeyd olunur ki, həmin təyyarələrdən 5-i xarici ölkələrdən gəlirdi. Hazırda yaranmış vəziyyətlə bağlı hava limanının səlahiyyətli nümayəndələri müvafiq qurumlarla əlaqə saxlayır və sərnişinlərin marşrutlarına davam etməsi üçün tədbirlər görülür.

Bundan əlavə, uçuş cədvəlində dəyişiklik edilib və nəticədə 5 reysin uçuşu təxirə salınıb, daha 2 reys isə tamamilə ləğv olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice