Əsas səhifə » Vaşinqtonda irqçilik əleyhinə olan yazı silinir

Vaşinqtonda irqçilik əleyhinə olan yazı silinir

BAKI, AzerVoice

Vaşinqtonda “Black Lives Matter” (Qaradərili insanların həyatı önəmlidir) hərəkatına aid nəhəng divar yazısı Respublikaçıların təzyiqi ilə silinir.

AzerVoice xəbər verir ki, 2020-ci ildə Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra çəkilmiş bu qraffiti Ağ Evin yaxınlığında, asfalt üzərində iri sarı hərflərlə yazılmışdı.

Respublikaçılar, xüsusilə Donald Trampın hakimiyyətə qayıdışından sonra, bu qraffitinin sökülməsini gündəmə gətiriblər.

Dünən işçilər ağır texnika ilə qraffitini silməyə başlayıblar.

Vaşinqton meri Muriel Bouser qraffitinin silinməsini şəhərin iqtisadiyyatına yönəlmiş diqqətlə əlaqələndirib. O, konkret olaraq Ağ Evin təzyiqi barədə danışmaqdan yayınıb, lakin insanların bu addımla bağlı fərqli fikirlərdə olduğunu bildirib.

Qeyd edək ki, son aylarda Vaşinqtonda Donald Tramp və Elon Musk-ın dəstəyi ilə aparılan genişmiqyaslı ixtisarlar şəhərin maliyyə vəziyyətinə təsir göstərib və bu kontekstdə şəhər rəhbərliyi yeni prioritetlər müəyyənləşdirib.

Digər Kateqoriyalar

2025 © Azervoice