BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp İlon Maskı dəstəkləmək məqsədilə Tesla markalı avtomobil alacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media hesabında paylaşım edərək, Maskın ABŞ üçün riskə getdiyini və böyük işlər gördüyünü vurğulayıb. O, eyni zamanda, solçu qrupların Teslanı boykot etməyə çalışdığını iddia edib.
Tramp, 2024-cü il seçkilərində özünün də oxşar təzyiqlərlə qarşılaşdığını bildirərək, sabah səhər yeni Tesla alaraq İlon Maskı dəstəkləyəcəyini qeyd edib. “Niyə o, Amerikanın yenidən möhtəşəm olmasına kömək etdiyi üçün cəzalandırılmalıdır?” – deyə sual edib.
Qeyd edək ki, son aylarda İlon Maskın siyasi mövqeyi və Tesla ilə bağlı ictimai reaksiyalar ABŞ-da geniş müzakirə olunur. Trampın bu addımı Maskla arasındakı yaxın münasibətin və siyasi birliyin daha bir nümunəsi kimi qiymətləndirilir.