Əsas səhifə » ABŞ-ın Avropanın təhlükəsizliyə vəsait xərcləməyi mənasızdır - Mask

ABŞ-ın Avropanın təhlükəsizliyə vəsait xərcləməyi mənasızdır - Mask

Bakı, AzerVoice

ABŞ NATO-dan çıxmalıdır, Vaşinqtonun Avropanın təhlükəsizliyi üçün vəsait ayırması mənasızdır.

AzerVoice xəbər verir ki, bu fikri ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə idarəyə (DOGE) nəzarət edən İlon Mask səsləndirib.

O, bu açıqlamanı X sosial şəbəkəsində bir istifadəçinin ABŞ-ın NATO-dan çıxmasına dair çağırışını dəstəkləyərək verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO-da iştirak formatını dəyişdirmək imkanlarını araşdırır. Xüsusilə, Vaşinqton yalnız NATO büdcəsinə lazımi töhfəni verən müttəfiqlərlə daha sıx əməkdaşlıq etməyə üstünlük vermək variantını nəzərdən keçirir.

Tramp NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinə əsasən, üzv dövlətlərə yönələn avtomatik hərbi dəstək öhdəliyindən imtina etməyi planlaşdırır. Bu qərar qəbul edilərsə, Vaşinqtonun alyansın ən mühüm təhlükəsizlik prinsipindən uzaqlaşması demək olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice