Əsas səhifə » BMT Suriyadakı silahlı toqquşmalardan narahatdır

BMT Suriyadakı silahlı toqquşmalardan narahatdır

Bakı, AzerVoice

BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın sahil bölgələrində kütləvi qətllərlə müşayiət olunan zorakılığın artmasından narahatdır.

AzerVoice xəbər verir ki, bu haqda BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı açıqlama verib.

Açıqlamada bildirilib ki, Quterreş bütün tərəfləri mülki əhalini qorumağa çağırıb.

O, həmçinin nifrət ritorikasına və təxribatçı hərəkətlərə son qoymağa çağırır.

Qeyd edək ki, toqquşmalar artıq beş gündür davam edir və indiyə qədər 1000-dən çox insan həyatını itirib. Ölənlərin əksəriyyətinin mülki şəxslər olduğu bildirilib.

Döyüşlər, keçmiş prezident Bəşar Əsədin sahil bölgəsindəki keçmiş istehkamında baş verdiyi və hazırda bölgədə gərginliyin yüksək səviyyədə olduğu qeyd edilib.

Suriya Daxili İşlər Nazirliyi Tartus bölgəsinə əlavə qüvvələrin göndərildiyini elan edib. Nazirliyin qısa açıqlamasında bu addımın bölgədə asayişi təmin etmək, sabitliyi gücləndirmək və sakitliyi bərpa etmək məqsədini daşıdığı bildirilib.

Bundan əlavə, optik kabellərin zədələnməsi səbəbindən Dəra və Süveyda əyalətlərində rabitə və internet xidmətləri dayandırılıb.

Dəra Telekommunikasiya İdarəsinin rəhbəri Əhməd Həriri, bu problemin dəfələrlə təkrarlanan hücumlar nəticəsində baş verdiyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice