Bakı, AzerVoice
Çinin ABŞ-dan gətirilən kənd təsərrüfatı məhsullarına 10-15 faiz həcmində yeni rüsumlar tətbiq edib.
AzerVoice xəbər veir ki, bu addım ABŞ-ın Çin idxalına tətbiq etdiyi növbəti tarif artımına cavab olaraq atılıb.
Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin məlumatına görə, əlavə olaraq tətbiq edilən 15 faizlik tarif ABŞ-dan idxal olunan toyuq əti, buğda, qarğıdalı və pambığa şamil edilir. Soya, donuz əti, mal əti, balıq, meyvə, tərəvəz və süd məhsullarına isə 10 faizlik rüsum tətbiq olunub.
12 aprel tarixinə qədər Çinə çatacaq mallar yeni gömrük qaydalarına tabe olmayacaq.
Qeyd edək ki, Fevral ayının əvvəlindən ABŞ-a gətirilən Çin məhsulları üçün 10 faizlik rüsum qüvvədə idi, lakin keçən həftə bu göstərici 20 faizə qaldırıldı.
Bundan əvvəl Çin Kanada mallarına əlavə rüsumlar tətbiq edəcəyi bildirmişdi.