BAKI,AzerVoice
ABŞ və Koreya Respublikası "Freedom Shield 2025" (Azadlıq qalxanı-2025) adlı hərbi təlimlərə start verib.
AzerVoice xəbər verir ki, bu tədbirin məqsədi iki ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək və Şimali Koreyadan gələn regional təhdidlərə qarşı tədbirlər görməkdən ibarətdir.
10-21 mart tarixlərində keçiriləcək təlimlər ordular arasındakı əməkdaşlığı daha da gücləndirəcək. Təlimlərdə Cənubi Koreyadan təxminən 19 min əsgər iştirak edir. Onlar simulyasiya məşqlərində, hərbi hazırlıqlarda və 16 fərqli iri həcmli sahə əməliyyatında yer alacaqlar.
Bu, Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra ilk dəfə keçirilən irimiqyaslı birgə hərbi təlimdir.
Şimali Koreyanın Xarici İşlər Nazirliyi keçirilən bu tədbiri "təhlükəli təhdid və təcavüz aktı" kimi qiymətləndirib.
Şimali Koreya müharibə riski barədə xəbərdarlıq edib
Açıqlamada vurğulanır ki, rəsmi bəyanatda güc tətbiq edilməsinin daha ciddi təhlükəsizlik böhranına səbəb ola biləcəyi bildirilir və bu cür təcavüzkar hərəkət Koreya yarımadasında hərbi qarşıdurmaya yol aça bilər.