BAKI,AzerVoice
ABŞ prezidenti Donald Tramp, ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşlərində müsbət nəticələr əldə olunacağına ümidvar olduğunu bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı qeyd edib.
"Düşünürəm ki, Səudiyyə Ərəbistanında yaxşı nəticə əldə edəcəyik, çünki onlar müxtəlif danışıqlara ev sahibliyi edirlər",- deyə o bildirib.
Daha əvvəl Tramp köməkçilərinə bildirib ki, nadir torpaq metallarının hasilatı üzrə razılaşmanın imzalanması Ukraynaya hərbi yardımın yenidən başlanması üçün yetərli olmayacaq.
Ağ Ev rəhbəri Volodimir Zelenskinin Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməsini, Ukraynada prezident seçkilərinin keçirilməsinə və hətta lazım olarsa vəzifəsini tərk etməyə belə razı olduğunu görmək istəyir.