BAKI, AzerVoice
“HƏMAS ilə görüş çox faydalı oldu.“
AzerVoice xəbər verir ki , ABŞ prezidenti Donald Trampın girovlar üzrə xüsusi nümayəndəsi Adam Boehler, çərşənbə günü, ABŞ-ın Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi məsələsi üzrə danışıqların “çox faydalı” olduğunu bildirib.
Boehler, HƏMAS ilə danışıqların növbəti mərhələsinin də mümkün olduğunu qeyd edib. O, HƏMAS liderləri ilə son danışıqlarında hərəkatın münaqişəyə son qoymağa çalışdığını bildirib.
ABŞ rəsmisi İsrailin Strateji İşlər naziri Ron Dermerin HƏMAS ilə birbaşa əlaqəni nəzərdə tutan şərhlərinə də reaksiya verib və danışıqların dəqiq məqsədinin olduğunu bildirib. O, ABŞ-ın İsrailin agenti olmadığını və öz maraqları çərçivəsində danışıqları davam etdirdiklərini vurğulayıb.
Boehler, HƏMAS ilə əlaqə saxlayaraq onların gələcək məqsədlərini soruşmaq istədiyini, Qəzzadakı girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu da bildirib.
Qeyd edək ki, ABŞ-ın terror təşkilatı kimi təyin etdiyi HƏMAS ilə danışıqlar, ABŞ-ın illərdir davam edən siyasətinə zidd olsa da, diplomatik vəziyyətdə müzakirələrə başlanılması, girovların azad edilməsi istiqamətində yeni bir addım kimi qiymətləndirilir.