BAKI,AzerVoice
ABŞ Ukraynaya bəzi kəşfiyyat məlumatlarını ötürməyə davam edir.
AzerVoice xəbər verir ki, Vaşinqton artıq Kiyevə ABŞ silahları, o cümlədən HIMARS yaylım atəş sistemlərindən zərbələr endirmək üçün koordinatlar təqdim etmir.
Bununla belə, ABŞ hələ də Ukrayna ilə Rusiya hücumlarından müdafiə olunmağa kömək edəcək kəşfiyyat məlumatlarını bölüşür.
ABŞ rəsmisi bildirib ki, kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı detallar gələn həftə qanunvericilərə açıqlanacaq.
Qeyd edək ki, Böyük Britaniyanın, ABŞ-ın bu sahədə yaratdığı boşluğu doldurmağa çalışacağı məlum olmuşdu.
Fransa müdafiə naziri Sebastyan Lekornu da oxşar addımı nəzərdə tutduqlarını və Parisin bunun üçün zəruri resurslara malik olduğunu qeyd etmişdi.