Əsas səhifə » Tramp hesab edir ki, Zelenski yenidən Vaşinqtona qayıdacaq

Tramp hesab edir ki, Zelenski yenidən Vaşinqtona qayıdacaq

Bakı, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona yenidən səfər edəcəyini və Ukraynanın qiymətli metallar ilə bağlı razılaşmasını imzalayacağını hesab edir.

AzerVoice xəbər verir ki, Fox News-a verdiyi müsahibədə Tramp, aparıcının Zelenskinin ABŞ-a yenidən səfər edib bu sazişi imzalayıb-imzalamayacağı ilə bağlı sualına "Bəli, düşünürəm ki, bu baş verəcək" deyə cavab verib.

Tramp, Zelenskinin sülh danışıqlarına münasibətini dəyişməsini və güzəştlərə, o cümlədən ərazi güzəştlərinə açıq olmasını istəyir.

Xatırladaq ki, keçən ay Zelenski Ağ Evdə Tramp ilə görüş keçirdi. Lakin görüş zamanı jurnalistlərin qarşısında gərgin mübahisə baş verdi.

Bu mübahisədən sonra görüşün yekunlarına dair mətbuat konfransı ləğv edilmişdi və Ukraynanın qiymətli metallar ilə bağlı sazişi imzalanmamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice