Əsas səhifə » Çin, İran və Rusiya hərbi təlimlər keçirəcək

Çin, İran və Rusiya hərbi təlimlər keçirəcək

Bakı, AzerVoice

Çin, İran və Rusiya İran sahillərində birgə hərbi dəniz təlimləri keçirəcək.

AzerVoice xəbər verir ki, bu haqda Çin Müdafiə Nazirliyi verdiyi açıqlamada deyilir.

Açiqlamada bildirilib ki, təlimlərdə iştirak etmək üçün Çin Xalq Azadlıq Ordusunun Donanması bir esmines və bir təchizat gəmisi göndərəcək.

Çinli ekspertlərin fikrincə, bu hərbi təlim bölgənin enerji tədarük yollarının təhlükəsizliyini qorumağa kömək edəcək.

Qeyd edək ki, Çin Müdafiə Nazirliyi rəsmi "Weibo" hesabında verdiyi məlumata görə, "Təhlükəsizlik Kəməri – 2025" adlı dəniz təlimləri mart ayının əvvəlində və ortalarında İranın Çabahar limanı yaxınlığında keçiriləcək.

Təlimlər çərçivəsində Dəniz hədəflərinin vurulması, gəmilərə çıxış və yoxlama əməliyyatları, Dənizdə təhlükəsizliyə nəzarət etmək, ortaq axtarış və xilasetmə əməliyyatları keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice