Əsas səhifə » Çin Kanada məhsullarına əlavə gömrük rüsumu tətbiq edəcək

Çin Kanada məhsullarına əlavə gömrük rüsumu tətbiq edəcək

Bakı, AzerVoice

Pekin Kanadadan idxal olunan məhsullara əlavə gömrük rüsumu tətbiq edəcək.

AzerVoice-un məlumatına görə, Çin hökuməti, Kanadanın Çin mənşəli elektrikli nəqliyyat vasitələri, polad və alüminium məhsullarına tətbiq etdiyi gömrük tariflərinə cavab olaraq bu ölkədən idxal edilən bəzi kənd təsərrüfatı və qida məhsullarına əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.

Çin Ticarət Nazirliyinin verdiyi açıqlamada, Kanadadan idxal edilən kolza yağı, yağ küspəsi və fıstıq məhsullarına əlavə 100 faiz, su məhsulları və donuz ətinə isə əlavə 25 faiz gömrük vergisi tətbiq ediləcəyi bildirilib.

Yeni tariflərin 20 martdan etibarən qüvvəyə minəcəyi qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Kanada hökuməti, Çin mənşəli elektrikli avtomobillərə 100 faiz, alüminium və polad məhsullarına isə 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.

Buna cavab olaraq Çin, bu tədbirlərin Dünya Ticarət Təşkilatının (DTÖ) qaydalarına zidd olduğunu bildirərək, ötən ilin 6 sentyabr tarixində Kanada əleyhinə şikayət ərizəsi təqdim etmişdi.

Kanadanın tarif qərarı elektrikli avtomobillər üçün keçən ilin 1 oktyabr tarixində, polad və alüminium məhsulları üçün isə keçən ilin 15 oktyabr tarixində qüvvəyə minmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice