Əsas səhifə » Bir sıra Avropa dövlətləri Qəzzanın yenidənqurma planını dəstəkləyirlər

Bir sıra Avropa dövlətləri Qəzzanın yenidənqurma planını dəstəkləyirlər

Bakı, AzerVoice

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Ərəb Liqası Fövqəladə Sammitində qəbul edilən və Qəzzadakı fələstinlilərin məcburi köçürülməsinin qarşısını almağı hədəfləyən yenidənqurma planını dəstəkləyirlər.

AzerVoice xəbər verir ki, bu haqda sadalanan ölkələrin xarici işlər nazirləri bu gün açıqlamada verib.

Açıqlamada qeyd edilib ki, bu plan Qəzzanın yenidən qurulması üçün real bir yol xəritəsi təqdim edir və tətbiq olunduğu təqdirdə, Qəzzada yaşayan fələstinlilərin həyat şəraitinin sürətli və davamlı şəkildə yaxşılaşdırılmasını vəd edir.

Qeyd edək ki, Misir tərəfindən hazırlanan və çərşənbə axşamı ərəb liderləri tərəfindən qəbul edilən bu plan, İsrail və ABŞ tərəfindən rədd edilib. Tramp, daha öncə Qəzza zolağını "Yaxın Şərqin Rivierasına" çevirmək fikrini irəli sürmüşdü.

Misirin təqdim etdiyi hərtərəfli plana əsasən, İsrail və HƏMAS arasında müharibə başa çatdıqdan sonra müstəqil və peşəkar fələstinli texnokratlardan ibarət bir idarəetmə komitəsi qurulacaq. Bu komitə, Fələstin Administrasiyasının nəzarəti altında Qəzzaya humanitar yardımların çatdırılması və bölgənin idarə olunmasını müvəqqəti olaraq həyata keçirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice