Əsas səhifə » Çilidə 6 bal gücündə zəlzələ baş verib

Çilidə 6 bal gücündə zəlzələ baş verib

Bakı, AzerVoice

Çilinin Antofaqasta bölgəsinə bağlı Sierra Qorda qəsəbəsində 6 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Çili Milli Seysmologiya Mərkəzi (CSN) məlumat verib.

İlkin məlumatlara görə, zəlzələ yerli vaxtla saat 13:21-də, yerin 96 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra tsunami xəbərdarlığı verilməyib və hər hansı insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

Qeyd edək ki, 2010-cu il fevralın 27-də Çilidə baş verən 8,8 bal gücündə zəlzələ və ardınca gələn tsunami nəticəsində 500-dən çox insan həyatını itirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice