Bakı, AzerVoice
ABŞ administrasiyasının, İsraillə daha genişmiqyaslı razılaşma ehtimallarıilə bağlı HƏMAS-la birbaşa gizli danışıqlar apardığı iddia edilib.
AzerVoice xəbər verir ki, Vaşinqton rəhbərliyi adından danışıqları ABŞ-ın Girov İşləri üzrə Xüsusi Nümayəndəsi Adam Boehler aparıb.
Danışıqların əsasən İsrail-ABŞ ikili vətəndaşlığı olan girovların azad edilməsi məsələsinə yönəldiyi, eyni zamanda bütün girovların buraxılması və uzunmüddətli atəşkəs əldə olunması üçün daha geniş bir razılaşmanın müzakirə edildiyi bildirilib.
Tramp administrasiyası HƏMAS-la əlaqə yaratmazdan əvvəl İsrail ilə məsləhətləşib, lakin Tel-Əvivə danışıqların məzmunu barədə fərqli kanallar vasitəsilə məlumat verilib.
Bu danışıqlarda hər hansı bir razılaşma əldə olunmayıb.
Hazırda nə Ağ Ev, nə də HƏMAS bu iddialara dair rəsmi açıqlama verməyib.