Əsas səhifə » Türkiyə rəsmiləri diplomatik etiketə riayət etməlidirlər - İranlı siyasətçi

Türkiyə rəsmiləri diplomatik etiketə riayət etməlidirlər - İranlı siyasətçi

BAKI, AzerVoice

İranlı siyasətçi Əli Əkbər Vilayəti Türkiyənin bəzi açıqlamalarına sərt reaksiya verərək, Türkiyə rəsmilərinin diplomatik etiket qaydalarına əməl etməli olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Vilayəti Türkiyəyə xəbərdarlıq edərək İranın şişirdilmiş ittihamlar qarşısında susmayacağını vurğulayıb.

"Türkiyəyə xəbərdarlıq edilməlidir ki, İran əsassız şişirtmələr qarşısında susmayacaq." - deyə o vurğulayıb.

Vilayətinin bu açıqlamaları son dövrlərdə Tehran və Ankara arasında bəzi regional məsələlərdə gərginliyin artdığını göstərir.

Digər Kateqoriyalar

2025 © Azervoice